"Maserati" və "Mercedes" alışıb yandı
02 mart 2020 09:15 (UTC +04:00)

"Maserati" və "Mercedes" alışıb yandı

0

Bakının Xəzər və Binəqədi rayonunda avtomobillər yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xəzər rayonunda "Maserati" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Digər hadisə Binəqədi rayonunda qeydə alınıb. "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1161

Oxşar yazılar